2 oktyabr 2024 at 20:03
Jurnalist kodu: 5561
Xəbər kodu: 85616044
T T
0 Persons

Pezeşkiyan: Tehranda Həniyyəni terror edən İsrail oldu

2 oktyabr 2024 at 20:03
Xəbər kodu: 85616044
Pezeşkiyan: Tehranda Həniyyəni terror edən İsrail oldu

Tehran - İRNA - Prezident Dohaya gələrkən Bin Həməd Hava Limanında deyib: “Biz əmin-amanlıq və sülh istəyirik, Tehranda Həniyyəni terror edən İsrail oldu.”

İRNA-nın verdiyi məlumata görə, doktor Məsud Pezeşkiyan Dohanın Bin Həməd Hava Limanında deyib: “Amerikalılar və avropalılar bizə dedilər ki, hərəkətə keçməyin, bir həftə ərzində Qəzzədə sülh olacaq. Biz gözlədik ki, onlar sülh yaratsınlar, lakin onlar qırğınlarını genişləndirdilər və daha da cürətləndilər.”

“Biz əmin-amanlıq və sülh istəyirik, Tehranda Həniyyəni terror edən İsrail oldu” - deyə, Prezident gərginliyi artıran tərəfə işarə edib.

Prezident Qətərə səfərindən öncə bu ölkəyə səfərinin iki məqsədi olduğunu bəyan edərək bildirib: “Birincisi, Qətər hökuməti ilə iqtisadi, sosial, mədəni və investisiya sahələrində müzakirələrimiz olacaq, memorandumlar imzalanacaq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .